İlham Əliyev nazirə yeni vəzifə verdi — SƏRƏNCAM

02.06.2016 - 09:32

iePrezident İlham Əliyev Azərbaycanın Asiya İnfrastruktur İnvestisiya Bankına üzvlüyü ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Asiya İnfrastruktur İnvestisiya Bankının Rəhbərlər Şurasında Azərbaycandan rəhbər iqtisadiyyat naziri (Şahin Mustafayev), alternativ rəhbər isə Azərbaycanın maliyyə naziri (Samir Şərifov) təyin edilsin və onlara həmin bankda Azərbaycanı təmsil etmək səlahiyyəti verilsin.
Azərbaycan Mərkəzi Bankı Asiya İnfrastruktur İnvestisiya Bankının ehtiyatlarının və digər aktivlərinin Azərbaycanın milli valyutasında depozitarı müəyyən edilir.
Nazirlər Kabinetinə Azərbaycanın Asiya İnfrastruktur İnvestisiya Bankına üzvlüyü ilə bağlı müvafiq abunə kapitalının ödənilməsi üçün maliyyə vəsaitinin ayrılmasını təmin etmək; “Asiya İnfrastruktur İnvestisiya Bankının Saziş maddələri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=65861

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930