İlham Əliyev İran TIR-larının Ermənistandan yolunu kəsdi

04.06.2016 - 15:26

tirAzərbaycan prezidenti İlham Əliyevin tranzit yük daşıyan TIR-lardan yol vergisinin tutulmasının 3 illiyə dayandırılmasına dair sərəncamından sonra Ermənistanın tranzit potensialından istifadəyə olan bütün ümidlər boşa çıxıb.

Ermənistan nəqliyyatçıları Azərbaycanın bu qərarından sonra Rusiyaya və geriyə yük daşıyan İran TIR-larının Ermənistan ərazisindən istifadəsinin tamamilə səmərəsiz olduğunu deyirlər. 168.jam qəzetinin yazdığına görə Ermənistan ərazisindən tranzit keçən İran TIR-ları 300 dollardan çox yol vergisi ödəyirlər. Geriyə qayıdanda da həmin məbləği ödəmək lazımdır. “Lakin sual yaranır-niyə? Biz onlara nə təqdim edirik? Yaxşı xidmət, yoxsa infrastruktur, keyfiyyətli yol? Heç biri. Üstəlik biz yol vergisi tətbiq etmişik və bu da Ermənistan ərazisindən istifadəni cəlbedici etmir. Azərbaycan bunu dərhal başa düşdü və yol vergisini ləğv etdi. Gürcüstan isə cəmi bir istiqamətdə yol vergisi alır, özü də 80 dollar. İndi bütün bunlardan sonra Ermənistan necə rəqabətə girə bilər?” – qəzet yazır.

Ermənistan nəqliyyatçıları etiraf edirlər ki, Azərbaycanın yol vergisini ləğv etməsindən sonra İran maşınları sadəcə olaraq Ermənistana gəlməyəcəklər. Əgər Ermənistanda kimsə İran TIR-ı görsə deməli o, Ermənistan üçün yük gətirib. Beynəlxalq yükdaşımalarla məşğul olan “Apaven” şirkətinin rəhbəri Qaqik Ağacanyan təsdiq edib ki, İran maşınları Ermənistandan tranzit kimi istifadə etmir. Onun sözlərinə görə, apreldə Moskvada nəqliyyatçıların iri toplantısı olmuşdu və orad deyilmişdi ki, Ermənistan İranla Rusiya arasında yükdaşımalarda tranzit bağa çevrilə bilər. Ancaq yol vergisi səbəbindən bu marşrutdan istifadə sərfəli deyil.

Qeyd edək ki, Ermənistan nəqliyyat blokadasından çıxmaq üçün dəmiryollarını İrana birləşdirməyə can atırdı. Lakin Azərbaycan, Rusiya və İran arasında “Şimal-Cənub” nəqliyyat dəhlizinin istifadəyə verilməsinin sürətləndirilməsinə dair əldə edilmiş razılaşmalar bu ümidləri də boşa çıxardı. Azərbaycan strateji qərar verərək bu dəhlizin İran hissəsinin tamamlanması üçün bu ölkəyə 500 milyon dollar kredit ayırıb. İlin sonuna qədər “Şimal-Cənub” dəhlizinin işə salınması nəzərdə tutulur və bundan sonra Ermənistanın regional nəqliyyat dəhlizlərindən tamamilə kənarda qalmaqdan başqa variantı olmayacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=66136

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728