İlham Əliyev Rusiyanın ədliyyə nazirini qəbul edib

09.06.2016 - 16:53

ie3Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının ədliyyə naziri Aleksandr Konovalovu qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, ölkələrimizin müxtəlif strukturları, o cümlədən hüquq mühafizə və ədliyyə orqanları arasında əməkdaşlığın bu münasibətlərin möhkəmləndirilməsi işinə öz töhfəsini verdiyi qeyd olunub. Söhbət zamanı iki ölkənin ədliyyə orqanları arasında qarşılıqlı fəaliyyətin, o cümlədən insanlara hüquqi yardımın göstərilməsi sahəsində sıx əməkdaşlığın həyata keçirilməsinin əhəmiyyətindən danışılıb, Rusiya Federasiyasının ədliyyə naziri Aleksandr Konovalovun Azərbaycana səfərinin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olunub.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=66701

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31