İrəvanın dostu: “Azərbaycan döyüşmədən Qarabağı qaytaracaq”

10.06.2016 - 12:22

452015-ci ildə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfər edərək, orada özünə biznes yaradan rusiyalı iş adamı German Sterliqov Ukraynanın “RBK” telekanalına müsahibəsində ermənilərin acından öldüyünü deyib.
Publika.az xəbər verir ki, Sterliqov Dağlıq Qarabağda yaşayan sadə ermənilərə yaşamaq üçün heç nə verilmədiyini bildirib: “Onlara sadəcə ölməmək üçün bəs edəcək qədər pul verirlər. Orada kənd təsərrüfatının inkişafı üçün yaxşı şərait var, amma insanlara əkib-becərməyə imkan vermirlər”.

Onun sözlərinə görə, Qarabağda yaşayan ermənilərin əksəriyyəti oradan qaçır: “Belə davam etsə, Qarabağda erməni qalmayacaq və azərbaycanlılar döyüşmədən boş qalmış ərazilərə geri qayıdacaqlar”.

Qeyd edək ki, G. Sterlikov Qarabağda yaşamağa başlayanda, orada hər şeyin yaxşı olduğunu, insanların rifah içində yaşadığını iddia edirdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=66756

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31