İran ABŞ-ı beynəlxalq məhkəməyə verəcək

12.06.2016 - 21:31

usa-iranBir neçə gündən sonra İran BMT-nin Beynəlxalq Məhkəməsində ABŞ-a qarşı iddia irəli sürəcək.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, bütün dünya ABŞ-ın qanunları necə pozduğunun şahidi olacaq.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, İran ilə Qərb ölkələri arasında nüvə proqramına dair razılaşma əldə edildikdən sonra bu ölkəyə qarşı tətbiq edilmiş iqtisadi sanksiyalar ləğv edilib. İran ABŞ banklarında qalan 2,5 milyard dollar pulunu geri istəyib. Lakin aprelin 20-də ABŞ-ın Ali Məhkəməsi qərar qəbul edib. Qərara əsasən İranın vaxtilə dondurulmuş 2,5 milyard dolları kompensasiya şəklində 1983-cü ildə Beyrutda həlak olmuş Amerika hərbçilərinin ailələrinə verilməlidir.

Xatırladaq ki, 1983-cü ildə ABŞ-ın Livandakı hərbi bazasına edilən silahlı hücum nəticəsində Amerika hərbçiləri qətlə yetirilmişdi. Rəsmi Vaşinqton bu hücumun İran tərəfindən təşkil olunduğunu iddia edirdi. İran isə bu iddiaları rədd edərək sübut istəyirdi. Lakin ABŞ tutarlı sübut təqdim edə bilməyib.(AzərTAc)

Short URL: http://www.cumhuriyyet.net/?p=66838

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31