Müdafiə naziri komandanları topladı

14.06.2016 - 12:18

zakir-hesenovMüdafiə naziri Silahlı Qüvvələrin rəhbər heyəti ilə xidməti müşavirə keçirib. Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, geniş tərkibdə xidməti müşavirə müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında olub.

Müşavirədə nazir müavinləri, nazirliyin Baş İdarə və İdarə rəisləri, Silahlı Qüvvələrin qoşun növü komandanları, eləcə də birlik komandirləri iştirak edib.

Müşavirədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən qoşunların döyüşə hazırlıq səviyyəsinin və idarəetmə orqanlarının fəaliyyətinin hərtərəfli yoxlanılması, döyüş və qarşılıqlı uzlaşmanı təmin edən müxtəlif səviyyəli, o cümlədən hərbi texnikanın və bütün qoşun növlərinin tətbiqi ilə operativ-taktiki təlimlərin keçirilməsinə hazırlıq və qarşıda duran digər tapşırıqlar müzakirə olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=67041

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31