Həbsdə olan ilahiyyatçının istintaqı yekunlaşdı

16.06.2016 - 11:24

elshen-mustafaoqluHəbsdə olan ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bu barədə virtualaz.org saytına vəkil Əfqan Məmmədov məlumat verib. Vəkil müdafiə etdiyi şəxsin ittihamları qəbul etmədiyini deyib.

Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. Barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=67253

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31