ATƏT təmas xəttində kameralar yerləşdirəsi olmadı – PUL TAPILMIR

16.06.2016 - 15:08

atet3Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti boyu insidentlərin araşdırılması mexanizminin tətbiqi təxirə salınır.

Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistan mətbuatı yazıb. Bildirilir ki, ATƏT bu mexanizmlərin tətbiqi üçün zəruri vəsait tapa bilməyib.

Mexanizmlərin tətbiqi üçün ciddi məbləğ tələb olunur, çünki bunun üçün yüzlərlə kilometr uzunluqda təmas xətti boyu xüsusi texniki avadanlıqlar yerləşdirilməsi və onlara vaxtlı-vaxtında texniki xidmət göstərilməlidir. “Zəruri maliyyələşmənin tapılması üçün xeyli vaxt lazım olacaq. Hakimiyyət narahatdır ki, insidentlərin araşdırılması mexanizmləri bu il tətbiq edilməyəcək”-“Aykakan jamanax” qəzeti yazır.

Bildirilir ki, təmas xəttində insidentlərin araşdırılması mexanizmlərinin tətbiqi mümkün olmadığından prezidentlərin iyunun 20-də Sankt-Peterburqda keçiriləcək görüşündən irəliləyiş gözləməyə dəyməz.

Short URL: http://www.cumhuriyyet.net/?p=67295

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31