Bakı Baqdasaryanın azad olunmasını müzakirə etməyə hazırdır – RƏSMİ

17.06.2016 - 17:34

baqdasaryan“Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev, qoşunların təmas xəttində törətdiyi təxribat əməlinə görə, Azərbaycan məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilmiş Ermənistan hərbçisi Arsen Baqdasaryanın azad edilməsi məsələsini ən yaxın vaxtda BQXK-nın vasitəçiliyi ilə müzakirə edə bilərik”.

Virtualaz.org bildirir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun rəhbəri İsmayıl Axundov bunu APA-ya müsahibəsində deyib.

İ.Axundov onu da bildirib ki, itkin düşmüş, əsir-girov götürülmüş şəxslər problemi Dağlıq Qarabağ münaqişəsinin ən həssas məsələsidir. Ona görə də itkin düşmüş şəxslərin işi daim Azərbaycan prezident cənab İlham Əliyevin diqqət mərkəzindədir: “Burada vacib məsələ ilk növbədə siyahılarda dəqiqləşmə işinin tam başa çatdırılmasıdır. Cari ilin ötən müddəti ərzində aparılan araşdırmalara əsasən demək olar ki, yaxın zamanda dəqiqləşmə başa çatacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=67427

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31