İlham Əliyev Nobel sülh mükafatı laureatı Məhəmməd Yunusu qəbul edib

18.06.2016 - 19:29

ilhamAzərbaycan prezidenti İlham Əliyev Nobel sülh mükafatı laureatı Məhəmməd Yunusu qəbul edib.

M.Yunus prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda böyük inkişaf proseslərinin getdiyini vurğulayıb, ölkəmizdə müsbət dəyişikliklərin onda dərin təəssürat yaratdığını deyib.

M.Yunus Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işləri də yüksək dəyərləndirib.

Ölkəmizin müstəqillik dövründə əldə etdiyi nailiyyətlər və bu müddət ərzində görülən işlərdən danışan dövlət başçısı 25 illik dövrün Azərbaycan üçün iqtisadi transformasiya dövrü olduğunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycanda bütün sahələrdə, xüsusilə iqtisadi sahədə geniş miqyaslı islahatların həyata keçirildiyini vurğulayıb.

Son dövrlər neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar yaranmış vəziyyətə toxunan dövlət başçısı iqtisadiyyatın şaxələndirilməsi və neftdən asılılığın azaldılması istiqamətində görülən işlərin müsbət nəticələr verdiyini deyib.

Sonda xatirə şəkli çəkdirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=67459

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31