Əli Həsənov: “Bu işlə İlham Əliyev özü məşğuldur”

20.06.2016 - 14:15

eli-hesenov“Dilqəm Əsgərov və Şahbaz Quliyev Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Azərbaycan Ordusu tərəfindən girovluqdan azad ediləcəklər”.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə.Həsənov vurğulayıb ki, D.Əsgərov və Ş.Quliyevin girovluqda qalması hər bir azərbaycanlını narahat edir: “Bu problemlə Azərbaycan prezidenti İlham Əliyev bilavasitə özü məşğuldur və bütün görüşlərdə bu məsələni qaldırır”.

Ə.Həsənov deyib ki, prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə görüşündə də dəfələrlə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələni qaldırıb: “Güman edirəm ki, prezident İlham Əliyev bu gün də Rusiya prezidenti ilə görüşdə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələni qaldıracaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=67541

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31