ATƏT cəbhə xəttində növbəti monitorinq keçirəcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 22-də Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam kəndi yaxınlığındakı Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Cümhuriyyət.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Saymon Tiller keçirəcəklər.
Ermənistan tərəfindən isə monitorinqin keçirilməsinə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq nəzarət edəcəklər.
Short URL: http://www.cumhuriyyet.net/?p=67686