Cahangir Hacıyevin həyat yoldaşı axtarışa verilib – RƏSMİ

23.06.2016 - 16:53

ch“Azərbaycan Beynəlxalq Banki” Açıq Səhmdar Cəmiyyətinin sabiq rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı axtarışa verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bu barədə “Azərbaycan Beynəlxalq Banki” Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurulmasi faktı üzrə cinayət təqibini həyata keçirən istintaq qrupu məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, “Beynəlxalq Bank işi” ilə bağlı C. Hacıyevə və digər 7 şəxsə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Zamirə Hacıyeva istintaqdan gizləndiyi üçün barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=67894

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31