“Nardaran işi” ilə bağlı Baş Prokurorluğa müraciət edildi

27.06.2016 - 16:59

nardaranNardaran hadisələri zamanı saxlanılan Taleh Bağırovun yaxın adamlarından hesab edilən Abbas Hüseynin vəkili Fariz Namazlı Baş Prokurorluğa şikayət edib.

Lent.az-a bu barədə vəkilin özü məlumat verib.

F. Namazlı bildirib ki, artıq Nardaran hadisələri zamanı saxlanılan şəxslərin bir çoxu barəsində olan cinayət işinin istintaqı başa çatıb: “İttihamla vəkilləri tanış elədilər. Yalnız istintaq tərəfindən iş materiallarının bəziləri vəkillərə verilməyib. Əsas gətirirlər ki, sizə aidiyyatı yoxdur. Buna görə, prokurorluğa şikayət vermişəm”.

Qeyd edək ki, ötən il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=68233

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31