“Qarabağla bağlı razılaşmanı gizlətmirik”

28.06.2016 - 15:57

zaxarova“Biz Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar prosesi ilə bağlı əldə olunan razılaşmaları gizlətmirik. Sadəcə burada kimin necə üstünlük qazanması deyil, məsələnin həlli yolunun tapılması önəmlidir”.

ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında deyib.

O deyib ki, Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesi mövcuddur və münaqişənin həlli üçün ikitərəfli və çoxtərəfli görüşlər keçirilir.

Zaxarova deyib ki, danışıqlar zamanı konkret razılıqlar əldə olunsa, mütləq bu barədə hər kəs məlumatlandırılacaq.

Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün nəticəsi olaraq birgə bəyanat imzalandığını qeyd edən M. Zaxarova tərəflər arasında əldə olunan razılaşmaların bəyanatda əksini tapdığını qeyd edib: “Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində real nəticələr əldə etmək üçün ictimai ritorikadan yayınmaq lazımdır. Ona görə yox ki, biz danışıqlar prosesində əldə olunan nəyisə gizlədirik, sadəcə burada kimin neçə xal qazanması deyil, məsələnin həlli yolunun tapılması önəmlidir”.

Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov prezidentlərin iyunun 20-də Sankt-Peterburq görüşündən sonra verdiyi açıqlamada Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunduğunu demişdi. “Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi”.

O deyib ki, prezidentlər görüş zamanı bu istiqamətdə prinsip etibarilə razılığa gəliblər.

Amma Novruz Məmmədovun açıqlamasından bir neçə saat sonra Ermənistanın xarici xşlər naziri Edvard Nalbandyan razılaşmanın əldə olunması barədə verilən məlumatları təkzib etdi.

Həmçinin Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova demişdi ki, görüşün nəticələrini yalnış şərh etmək olmaz.

Short URL: http://www.cumhuriyyet.net/?p=68321

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31