Sabah Ştaynmayerin Cənubi Qafqaza üç günlük səfəri başlayır

28.06.2016 - 17:22

stanSabah Almaniyanın federal xarici işlər naziri Frank Valter Ştaynmayerin Cənubi Qafqaza üç günlük səfəri başlayacaq və nazir Ermənistan, Azərbaycan və Gürcüstanda səfərdə olacaq.

Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfər Almaniyanın ATƏT-ə sədrliyi çərçivəsində baş tutacaq.

“Yerevan və Bakıda siyasi görüşlərin əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirəsidir. Bundan başqa, Ştaynmayer 1 iyul tarixində Tiflisdə ATƏT-in Parlament Assambleyasının illik iclasının açılışında iştirak edəcək və bununla ATƏT-də parlament sisteminin rolunun gücləndirilməsinə töhfəsini verəcək.

Ştaynmayeri Gürcüstanda yüksək səviyyəli mədəniyyət və iqtisadiyyat üzrə nümayəndə heyəti müşayiət edəcək”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, səfər Ermənistandan başlanacaq. Azərbaycana səfər iyunun 30-na nəzərdə tutulur.

Short URL: http://www.cumhuriyyet.net/?p=68342

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31