Azərbaycan XİN: Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha ifadə edirik

29.06.2016 - 11:00

xinAzərbaycan Xarici İşlər Nazirliyi (XİN) iyunun 28-də İstanbulun Atatürk hava limanında törədilmiş qanlı və xain terror aktlarını kəskin şəkildə lənətlədiyini bəyan edib.

Bu barədə XİN-in mətbuat xidmətindən bildirilib.

“Bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə qardaş Türkiyə ilə həmrəyliyini bir daha ifadə edir”, – deyə məlumatda vurğulanır.

Qeyd edək ki, iyunun 28-də axşam saatlarında törədilən terror aktı nəticəsində 36 nəfər həlak olub, 147 nəfər yaralanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=68393

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31