Roma Papası Azərbaycana niyə gəlir?

01.07.2016 - 11:59

roma-papasi2Roma Papası Fransisk sentyabrın 30-dan oktyabrın 2-dək Gürcüstan və Azərbaycana səfər edəcək.

Bu barədə Papanın özü Vatikandakı çıxışı zamanı bildirib.

O, bu ölkələrə səfər etmək dəvətini iki səbəbdən qəbul edib. “Birincisi, bu torpaqlarda mövcud olan qədim xristian köklərinin dəyəridir. Bu, həmişə digər dinlər və mədəniyyətlərlə dialoq ruhudur” – deyən Roma Papası ikinci səbəb kimi sülhə ümid və yollarının təşviqini göstərib.

“Tarix bizi sülh yolunun böyük əzm və kiçikdən başlayaraq tədricən böyüyən, bir-birinə güzəştə gedən daimi addımlar tələb etdiyini öyrədir. Bu səbəbdən arzum hər kəsin barışığa öz töhfəsini verməsidir”, – deyə, Papa Fransisk qeyd edib.

Xatırladaq ki, iyunun 24-26-da Roma Papası artıq Ermənistana səfər edib. (Report)

Short URL: http://www.cumhuriyyet.net/?p=68684

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31