Müsavatın Milli Şura cəsarətsizliyi: “Layiqsiziniz bu cür davranışa”
Müsavat Partiyası Milli Şuranın siyasi əsirinə çevrilib. Partiya MŞ-nın 17-nə mitinq təyin etməsi ilə bağlı yumşaq desək səsini çıxarmadı. Halbuki açıq şəkildə etiraz oluna bilərdi. Çünki Müsavatın mitinqinin tarixi qabaqcadan bəlliydi. Üstəlik müsavatçılar MŞ-nın mitinqinə dəstəyini əsirgəmədi. AXCP sədri Əli Kərimli də müsavatçılara təşəkkür etdi. Amma “pambıqla baş kəsib”, növbəti mitinqi bir gün önə çəkdi.
Deyilə bilər ki Müsavatın susqunluğu moratoriuma əməl etmək, MŞ-nı utandırmaq və referendum ərəfəsində müxalifətin didişmədiyini göstərmək naminədir. Lakin bu prinsipləri dəyərləndirməyən MŞ-ya qarşı hansısa kübar davranış da adekvat deyil. Hər halda MŞ ya Müsavatın ayın 18-nə təyin edilmiş mitinqinə dəstək verərək eyni günə salmalı, ya da 3 gün sonraya ertələməliydi.
Qəribədir ki Müsavat partiyası rəhbərliyi susqunluq nümayiş etdirir. Yalnız bir neçə müsavatçı Feysbukda ezop dilində, sətiraltı ilişərək replikalar atıb. Kor-kor, gör-gör ki Milli Şura Müsavatın mitinqini xərcləyir. Müsavat isə onların əsirinə çevrilməkdədir.
Hətt “Yeni Müsavat”ın baş redaktor müavini, keçmiş müsavatçı Azər Ayxan da bu məsələyə toxunub: “Müsavat Partiyası Əli Kərimliyə niyə yaltaqlanır? Niyə kompleks yaşayır bu partiya rəhbərliyi? Başa düşülən deyil. Əli hər dəfə bunların qoltuğuna xorzlarını verib, yola salır, suları süzülə-süzülə gəlirlər qərargahlarına, yenə dərs olmur.
MŞ-nın mitinqinə getdilər, nəinki üzlərinə baxan olmadı, nəinki MP-nın 18-dəki aksiyasına dəstək vermədilər, əksinə, bir gün əvvələ mitinq elan elədi Əli Kərimli. Di gedin! Sizə bu da azdı. Layiqsiziniz bu cür davranışa”.
Çingiz Coşqun, Cumhuriyyet.az
Short URL: http://www.cumhuriyyet.net/?p=75813