Müsavat Başqanı AXCP sədrliyinə namizədin xahişinə “yox” dedi

18.09.2016 - 00:52

rrXəbər verildiyi kimi sabah Müsavat Partiyası “Məhsul” stadionunda mitinq keçirəcək. Partiyanın təşkil edəcəyi bu kütləvi aksiya qarşıdan gələn 26 sentyabr referendumuna etiraz əlaməti daşıyır.
Mitinqdə əsasən Müsavat Partiyasının üzvlərinin çıxışı nəzərdə tutulsa da bəzi tanınmış ictimaiyyət nümayəndələrinin də çıxış edəcəyi gözlənilir. AXCP üzvü Sahib Kərimli də Müsavat Partiyasına müraciət edərək bu mitinqdə çıxış etmək istəyini bildirib. Amma ona “yox” cavabı verilib.
Sahib Kərimli Moderator.az-a açıqlamasında bildirdi ki, ona mənfi cavabı şəxsən Müsavat başqanı Arif Hacılı verib: “Mən Müsavat Partiyasının sabah keçirəcəyi mitinqdə çıxış etmək istəyirdim. Amma təəssüflər olsun ki, bu istəyimə partiya, konkret partiyanın sədri Arif Hacılı tərəfindən razılıq verilmədi. O, mənə şəxsən bildirdi ki, mitinqdə çıxış etmək istəyinizə müsbət cavab verə bilməyəcəyik.”
Xatırladaq ki, Sahib Kərimli AXCP-nin son qurultayında partiya sədrliyinə namizəd olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76074

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930