Elbəyi Həsənlidən çağırış: Əli Kərimli müxalifətin birliyinə imkan vermədi….

20.09.2016 - 10:01

rrİsveçrədə mühacirətdə yaşayan tanınmış yazar Elbəyi Həsənli sosial şəbəkədə keçmiş siyasi məhbus Müsavat başqanının müavini Tofiq Yaqubluya müraciət edib. E.Həsənlinin həmin statusunu olduğu kimi diqqətinizə çatdırırıq:
“Tofiq Yaqublu, sən niyə susursan?
Bu gün bir daha əmin oldum ki, məhz Əli Kərimli başda olmaqla Milli Şura və AXCP müxalifətin bir araya gəlməsinə imkan vermədi. Bu arada isə Tofiq Yaqublu hələ də inadla susur. Soruşmaq ayıb olmasın, sən nə vaxt danışacaqsan? Nə vaxtdır ki, tərəflər arasında danışıqlar aparırdın. İş o yerə çatmışdı ki, Müsavat Partiyası başqanının müavini olsan da, biriləri səni AXCP sədrinin müavini zənn edirdi. Bu gün baş verənlər sənin missiyanın tam iflası deməkdir. Niyə sən xalqa üz tutub demirsən ki, bu, bu, bu insanlar müxalifətin bir araya gəlməsinə imkan vermədi. Bəy, cəsarətli ol! Sən Qarabğda oddan-alovdan keçmisən. İndi gədə-güdənin qabağından qaçacaqsan? Xalq həqiqəti bilməlidir. Bu onun haqqı…”

Short URL: http://www.cumhuriyyet.net/?p=76208

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930