Daha bir AXCP üzvü saxlanıldı
AXCP Binəqədi rayon şöbəsinin fəalı Elçin Dəmirovun sentyabrın 24-də zorla polisə aparıldığı deyilir.
Bu haqda AXCP-nin yaydığı məlumatda bildirilir.
Məlumatda qeyd edilir ki, E.Dəmirovu yaşadığı mənzildən aparıblar.
Partiya E.Dəmirovun hazırda Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsində olduğunu bildirir.
Binəqədi rayon Polis İdarəsindən deyiblər ki, E.Dəmirovun saxlanması barədə onlarda məlumat yoxdur.
Sentyabrın 24-də daha bir AXCP fəalının saxlandığı açıqlanıb. Partiyanın yaydığı məlumatda AXCP Ali Məclisinin həbsdə olan üzvü Sahib Rüstəmlinin oğlu Rail Rüstəmlinin Sabirabad rayon Polis İdarəsinə aparıldığı bildirilirdi. (Azadlıq Radiosu)
Short URL: http://www.cumhuriyyet.net/?p=76627