MSK sədrindən qalmaqallı görüntülərə – Reaksiya
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində bəzi məntəqələrdə qutuya topa bülleten atılması və bir şəxsin iki dəfədən artıq səsverməsini əks etdirən video-görüntülərə münasibət bildirib.
MSK sədri deyib ki, bu hallar izlənilib, bununla bağlı tədbir görəcəklər.
O bildirib ki, əgər hər hansı pozuntu aşkar olunarsa, həmin məntəqələrin nəticələrin ləğv edləcək: “Bu işdə məsulyyətli olmaq lazımdır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=76976