Türkiyənin yeni kəşfiyyat sistemi qurulur: MİT isə…
Türkiyədə yeni kəşfiyyat xidməti yaradılması üçün hazırlıqlar davam edir. Milli İstihbarat Təşkilatı (MİT) xarici kəşfiyyat xidmətinə çevriləcək. Daxili kəşfiyyatla bağlı isə hələlik adı açıqlanmayan qurum formalaşdırılır.
Yeni qaydalara əsasən, kəşfiyyat birbaşa Türkiyə prezidentinin nəzarətində olacaq.
Bununla bərabər, kəşfiyyat xidmətləri ölkənin baş nazirini məlumatlandırmaq, ondan göstərişlər almaq səlahiyyətinə malik olacaq. Lakin bu hal yalnız fövqəladə vəziyyət rejimində tətbiq olunacaq.
Jandarma, Polis və Baş Qərargahın kəşfiyyat şöbələri yeni yaradılacaq qurumla daima koordinasiyalı fəaliyyət göstərəcək.
Bütün kəşfiyyat orqanlarının birbaşa prezidentə çıxışı olacaq(Axar.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=77736