İnternet televiziyalarına yasaq mümkün ola bilərmi?

05.10.2016 - 10:30

web-tv-nedirArif Əliyev: “Elə hesab etməyin ki, Azərbaycanda bu sahəyə nəzarət yoxdur”

Milli Məclisin payız sessiyasının birinci iclasında “internet və sosial medianı bağlamaq” çağırışları səslənib. Çağırışı edən isə deputat Məlahət İbrahimqızı olub. O, internet mediasını məzmununa görə tənqid edib, Milli Məclisin payız sessiyasının gündəliyinə internet üzərindən yayımlanan televiziyaların tənzimlənməsi ilə bağlı qanun layihəsinin salınması təklifini irəli sürüb. Lakin deputatın internet mediasının tənzimlənməsi ilə bağlı təşəbbüsünün sessiyada müzakirəsi dəstəklənməyib.
Maraqlıdır, ölkəmizdə internet televiziyaların fəaliyyətini tənzimləyən, ona nəzarət edən mexanizm varmı?
Qeyd edək ki, Azərbaycanda hazırda 20-yə yaxın peyk və internet televiziyaları fəaliyyət göstərir ki, onlardan “ANN TV”, “APA TV”, “Muz TV” və digərlərini misal göstərmək olar. 2008-ci ildə yaranan “Kanal 13 TV” isə ilk internet televiziyası kimi tarixə düşüb. Hər il internet və peyk üzərindən yayımlanan bu cür televiziyaların sayı artmaqdadır.
Nəzərə çatdıraq ki, Rusiyada, qardaş Türkiyədə, Avropada, bir sözlə dünyanın heç bir ölkəsində internet televiziyaları və radiolarına sosial şəbəkələrdə olduğu kimi heç bir nəzarət yoxdur və onların fəaliyyəti üçün heç nə tələb olunmur.
“İnternet televiziyaları və radioları demək olar ki, nizamlamaq istəsək belə, bunun mexanizmi çox çətindir və mümkün deyil”. Bu sözləri bir neçə il bundan əvvəl Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli mətbuata açıqlamasında bildirmişdi. Qurum sədri vurğulamışdı ki, ölkəmizdə də bu sahəyə nəzarət yoxdur və Azərbaycan Avropa Şurasına üzv ölkə olduğundan internet televiziyalarının tənzimlənməsi qurumun qərarı ilə eyni olur:
“Avropa Şurası ölkələrində əgər bu sahə tənzimlənəcəksə, biz də tənzimləyəcəyik, tənzimlənməsə, biz də tənzimləməyəcəyik”. Bəs, görəsən hazırda vəziyyət necədir, internet televiziyalarına nəzarət, onlara yasaq mümkün ola bilərmi?
 
Image result for Arif Əliyev
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev sualımıza bu cür aydınlıq gətirdi:
“Hələ 2015-ci ildən bu cür təkliflər səslənir. Əsasən də parlament tribunasından ki, ”Azərbaycanda interneti və internet medianı lisenziyalaşdırmaq lazımdır” və sairə. Amma hələlik həmişə rəsmi dövlət orqanları, Prezident Administrasiyası belə bir plan olmadığnı bəyan edir. Amma prinsipcə şahidi olmuşuq ki, dəfələrlə təkrar olunan təkliflər sonradan gerçəkləşmək qabiliyyətinə malikdir. Amma internetin televiziyalara xüsusi lisenziya tətbiq etmək, tənzimləmək üçün heç bir ehtiyac yoxdur. Çünki internet televiziyaları yayımlarını həyat keçirmək üçün heç bir strateji resuslardan istifadə etmir. Çoxları dərk edə bilmir ki, bizdə efir televiziyaları jurnalist fəaliyyətinə və yaxud hazırladığı proqrama görə lisenziya götürmür, onlar efir tezliyindən istifadə etdikləri üçün həmin tezlikdən istifadə hüququna lisenziya götürürlər. Amma internet televiziyalar belə bir resursdan istifadə etmir.
İnternet televiziyaların tənzimlənməsi yalnız və yalnız həmin televiziyalara xüsusi nəzarət altına almaq məqsədi ilə həyata keçirilə bilər. Elə hesab etməyin ki, Azərbaycanda bu sahəyə nəzarət yoxdur, nəzarətin də müxtəlif formaları var. Biz şahidi olmuşuq ki, hansısa nüansdan kənara çıxanda ya onun saytı dağılır, ya yayımı yoxa çıxır və sairə. Bəli, bəzi dövlətlərdə internet televiziyaları həm qanunsuz, həm də məntiqsiz olaraq məhdudlaşdırılır. Amma bu cür praktikanı Azərbaycanda tətbiq etmək heç bir demokratik quruluşa əsas vermir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=77843

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31