”Fikrət Fərəməzoğlu ailəsinə olunan təzyiqdən narahatdır”

05.10.2016 - 17:06

images-cms-image-000026625Vəkil: “Baş Prokurorluq işgəncə faktı ilə bağlı araşdırmaya başlamayıb”

Oktyabrın 5-də vəkil Elçin Sadıqov Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Fikrət Fəraməzoğlu ilə görüşüb. Bu barədə vəkil özününü “Facebook” səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, jurnalist ailəsinə qarşı Dövlət Miqrasiya Xidmətinin təzyiqindən yeni xəbər tutub və çox narahatdır: “Bildirir ki, onu şərləyib həbs edənlər məhz ailəsinə qarşı da bu çirkin əməli edirlər. Məqsəd işgəncələri və həbsin qanunsuzluğu barədə məlumatları ört-basdır etməkdir”.

Elçin Sadıqov bildirib ki, Fikrət Fəraməzoğlunun işgəncəyə məruz qalması faktının araşdırılması ilə bağlı xeyli müddətdir AR Baş Prokurorluğuna müraciət etməyinə baxmayaraq, prokurorluq işgəncə faktları ilə bağlı araşdırmaya başlamayıb. Fikrət Fəraməzoğlu hələ dindirilməyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=77940

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31