Arif Rəhimzadə: “Biz Moskvaya deyə bilmərik ki…”

05.10.2016 - 17:28

arif-rehimzade-9Arif Rəhimzadə:“Rusiya bizdən ötrü heç kəslə düşmən olası deyil”

“Ermənistandakı “İsgəndər” raket komplekslərinə qarşı Azərbaycainın da silahları var. Eyni zamanda biz də Rusiyadan və digər ölkələrdən silah alırıq”. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Arif Rəhimzadə bu fikirləri Musavat.com-a açıqlaması zamanı deyib.

Maraqlıdır, parlamentin işçi qrupu işğalçını silahlandıran şimal qonşumuza hər hansı formada etiraz bildirməyi düşünürmü? A.Rəhimzadə bildirib ki, Ermənistana silah verdiyinə görə Rusiyaya etiraz bildirməyi mənasız sayır: “Biz Moskvaya deyə bilmərik ki, “erməniyə silah vermə!” Çünki Rusiya Ermənistanla müqavilə bağlayıb. Biz ona deyə bilmərik ki, erməniləri tamamilə silahdan məhrum et! Bu, real məsələ deyil. Rusiyanın da öz maraqları var. Əlbəttə, Moskva Azərbaycanla da normal münasibətlər yaradır. Ancaq Rusiya bizdən ötrü heç kəslə düşmən olası deyil”.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=77944

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31