Allahşükür Paşazadə harada nə geyinir? – Maraqlı

06.10.2016 - 11:32

seyx_2Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin müxtəlif tədbirlərdə iştirakı zamanı geyimləri fərqli olur. Məsələn, şeyx həzrətləri rəsmi tədbirlərdə əba və çalma papaqla göründüyü halda, adi günlərdə dindarlara xas geyimlə ictimaiyyət arasına çıxır.

Maraqlıdır, şeyx bu geyimləri öz istəyinə uyğunmu seçir, yoxsa QMİ-nin daxili qanunları iləmi?

Məsələ ilə bağlı QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova açıqlama verib. O qeyd edib ki, Şeyxin geyimi ilə bağlı xüsusi inzibati sərəncam, əmr yoxdur:

“Hacı Allahşükür Paşazadənin rəsmi qəbullarda, görüşlərdə çalmalı, əbalı geyimi şeyxülislamlara xas geyimdir. Şeyxülislamların geyim forması məlumdur. Bunun üçün interaktiv lazım deyil ki, geyimi necə olmalıdır.

Ona görə də, Şeyx həzrətləri bütün rəsmi qəbullarda şeyxülislamların geyim formasında – başında çalma və əba ilə olur”.

R.Dadaşova deyib ki, A.Paşazadə adi günlərdə vahid geyim formasından istifadə edir:

“Bildiyiniz kimi dindarların vahid geyim forması var. Şeyx həzrətləri də adi günlərdə ümumi din xadimlərinin vahid geyim formasından istifadə edir. O stildə, geyim formasında da ictimaiyyət arasına çıxır. Bundan ötrü xüsusi qayda-qanun tərtib olunmayıb”.(Modern.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=77996

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31