Azərbaycan 1943-də müstəqil ola bilərdi – Şok video

06.10.2016 - 13:26

1475744922Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banisi Məhəmməd Əmin Rəsulzadənin silahdaşı Məhəmməd Kəngərlinin illər əvvəl çəkilmiş videosu yayılıb.

Kəngərli Türkiyə telekanalına müsahibəsində Məhəmməd Əmin Rəsulzadənin almanlarla razılığa gələ bilməməsinin səbəbini açıqlayır. O, Rəsulzadənin almanlara “Müstəqil Azərbaycan” memorandumu təqdim etdiyini bildirir:

“İkinci Dünya müharibəsi başlayanda SSRİ-dəki bütün millətlərin liderləri Berlinə axın etməyə başladı. Məhəmməd Əmin isə Berlinə öz istəyi ilə gəlməmişdi. Şərq məsələləri ilə məşğul olan alman fon Şulenberq Rəsulzadəni şəxsən öz ölkəsinə dəvət etmişdi. Bundan sonra Rəsulzadə Almaniyaya getdi. O, almanların nə istədiyini çox yaxşı bilirdi. Almanlara isə Azərbaycanın siyasi baxımdan təcrübə qazanmış lideri ilə danışıqlar aparmaq sərf eləmirdi. Danışıqlar zamanı Rəsulzadə onlara bir memorandum təqdim etdi. Burada əsas maddə kommunizmin çöküşündən sonra Azərbaycanın müstəqilliyinin tanınması idi. Lakin almanlar bununla razılaşmadı. Buna görə də Rəsulzadə Almaniyanı tərk edərək, Buxarestə getmək məcburiyyətində qaldı”.

Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadə öz qeydlərində Şulenberqin dəvəti ilə Berlinə getdiyini bu sözlərlə bildirib: “1943-cü ildir. İkinci Cahan hərbi əsnasında Alman Xariciyyə Nazirliyindən qraf fon Şulenberqin dəvəti üzərinə Berlində idim. Milli Azərbaycan Komitəsi təşəkkül etmişdir; bu komitə Milli Azərbaycan davasının əsaslarını alman məqamlarına qəbul etdirmək üzrə fəaliyyətə keçmişdir”.

Qeyd: Video sosial şəbəkədəki “Azərbaycan Tarixi” səhifəsindən götürülüb.(Axar.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=78023

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31