Novruz Məmmədovdan Con Kerriyə etiraz

07.10.2016 - 10:24

novruz-m%c9%99mm%c9%99dov“ABŞ-ın dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdiyi bəyanat Azərbaycanı həddindən çox təəcübləndirir və məyus edir”.

Bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, qurumun Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

“Biz düşünürük ki, bu gün dünyada bütün proseslərdə iştirak edən, bütün proseslərə özünün tövhəsini verməyə sanki çalışan super dövlətin vəzifədən getmə ərəfəsində (bilirsiniz ki, bir müddətdən sonra seçkilər olacaq) olan bir rəsmisinin belə bir bəyanat verməsi çox məyusedici və təəccübləndiricidir”.

N.Məmmədov bildirib ki, münaqişənin tənzimlənməsində iştirak edən super dövlətin dövlət katibinin hakimiyyətdən getmə, seçki ərəfəsində belə bir bəyanat verməsi təəccüb doğurur:

“Bunun qəribə bir mənası var, sanki dünyaya bir mesajdır. Məhz Ermənistan münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlarda liderlərin münaqişənin həlinə hazır olmadığını iddia edir. Tutaq ki, tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağla bağlı danışıqlarda fikir mübadiləsi aparılır. Azərbaycanın Dağlıq Qarabağ ətrafında olan və 760 minə qədər insanın məcburi köçkün həyatı yaşamasına səbəb olan 7 rayonunun 25 ildən artıq işğal altında qalmasını nə ilə izah etmək olar?

Əgər Ermənistan bu 7 rayonu azad edəcəksə, buna bir hazırlıq lazım deyilmi? Bunun üçün isə əsas missiya ABŞ da daxil olmaqla, ATƏT-in Minsk Qrupunun 3 üzvünə verilib. Ancaq hələ də bu sahədə çox böyük uğur görmək mümkün olmayıb”.

Prezident Administrasiyası rəhbərinin müavini vurğulayıb ki, Ermənistan işğalçı dövlətdir:

“Azərbaycan torpaqlarının azad edilməsi üçün ABŞ da BMT Təhlükəsizlik Şurasında 4 qətnamənin qəbuluna səs verib. Bununla bağlı bir çox beynəlxalq təşkilatlar da qətnamələr və qərarlar qəbul edilib.

ATƏT-in Minsk Qrupuna üzv olan 3 dövlətin prezidentləri də status-kvonun dəyişməli olduğunu bəyan edib. Bütün bunları əsas götürüb, heç olmasa, Azərbaycanın Dağlıq Qarabağ ətrafında 7 rayonunun azad edilməsi ilə haqqında bir cümlə deyə, bir mövqe bildirəydilər, sonra deyəydilər ki, liderlər münaqişənin həllinə hazır deyillər. Ona görə də Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir.

İstərdik ki, ABŞ-ın hansısa dövlət qurumu ətraflı, hamının başa düşəcəyi tərzdə Con Kerrinin bəyanatına aydınlıq gətirsin”.

Qeyd edək ki, Con Kerri Dağlıq Qarabağ münaqişəsinin həllinin mümkünsüzlüyünü vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=78102

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31