İlham Əliyev Putinə zəng etdi

07.10.2016 - 12:21

vladimir_putin_and_ilham_aliyev_2015-06-13_1Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Dövlət başçısı Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar arzulayıb.

Eyni zamanda dövlət başçısı Rusiyada keçirilən parlament seçkilərində “Единая Россия” partiyasının əldə etdiyi böyük qələbə münasibətilə təbriklərini çatdıraraq qeyd edib ki, bununla Rusiya xalqı Vladimir Putinin həyata keçirdiyi siyasətə bir daha öz dəstəyini nümayiş etdirib.

Daha sonra Prezident İlham Əliyev Rusiya Prezidentinin Bakıda keçirilən V Beynəlxalq Humanitar Foruma göndərdiyi məktuba və Rusiya tərəfinin forumda yüksək səviyyədə təmsil olunmasına görə minnətdarlığını bildirib.

Rusiya Federasiyasının Prezidenti göstərilən diqqətə, təbrikə və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, öz növbəsində, Azərbaycanda keçirilən referendumun nəticələri ilə bağlı təbriklərini çatdırıb və bildirib ki, Azərbaycan xalqı bu referendumda səs verməklə Prezident İlham Əliyevin siyasətinə öz dəstəyini ifadə edib.

Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əlaqələrin inkişafından məmnunluq ifadə edib və əməkdaşlığımızın bundan sonra da uğurla davam etdiriləcəyinə əmin olduqlarını bildiriblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=78130

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31