MTN generalları üzləşdirildi

07.10.2016 - 15:02

mtn-768x386Bir sıra ağır cinayət əməllərinə görə məhkəmə qarşısına çıxarılan MTN-nin sabiq Baş İdarə rəisi “Qanlı General” Akif Çovdarov yenidən istintaqda dindirilib.

Bu barədə Gununsesi.info-nu hüquq-mühafizə orqanlarındakı mənbə məlumatlandırıb. Məlumata görə, Akif Çovdarov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə istintaq İdarəsində hazırda istintaqı gedən MTN-nin digər yüksək vəzifəli şəxslərinin işi üzrədindirilib. Dindirilmə prosesində hazırda həbsdə olan MTN Monitorinq Mərkəzinin rəisi vəzifəsinə çalışmış Teymur Quliyev də iştirak edib.

Prosesdə onlar arasında üzləşdirmə də olduğu bildirilir.

Xatırladaq ki, Teymur Quliyevin həbsinin əsas səbəblərindən biri yüksək vəzifəli şəxslərin telefon danışıqlarının qanunsuz dinlənilməsi ilə bağlıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=78167

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31