Xədicə İsmayılın apellyasiya şikayəti təmin olunmadı

07.10.2016 - 15:10

8c765dae-2d6e-4a2e-bf43-28a8cbec59cf_cx28_cy1_cw66_mw1024_mh1024_sAraşdırmaçı-jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın cəzasının 2 il 3 aya endirilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb. Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən məhkəmə iclasında jurnalist özü iştirak etməyib.

Vəkili Fariz Namazlı çıxışında bildirib ki, qanunvericiliyə edilən və iyunun 1-dən qüvvəyə minən dəyişiklikdən sonra CM-nin 192-ci maddəsinin dispozisiyası konkretləşdirilib. Əvvəl həmin maddədə ümumilikdə «dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərmək»dən bəhs olunurdusa, dəyişiklikdən sonra konkret göstərilib ki, söhbət vergi uçotuna alınmadan və ya lisenziya almadan göstərilən sahibkarlıq fəaliyyətindən gedir. Jurnalistika isə lisenziyalı fəaliyyət növü deyil.

X.İsmayıla CM-nin 192.2.2-ci maddəsi ilə verilən ittihamda yazılıb ki, o, Azərbaycan Xarici İşlər Nazirliyində akkreditasiyadan keçmədən xarici mediada (AzadlıqRadiosu) çalışıb və 2010-2014-cü illərdə 79 min 480 manat gəlir əldə edib.

«KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ SORĞU GÖNDƏRİLSİN»

F.Namazlı dəyişiklikdən sonra qanunda konkret olaraq, vergi uçotuna alınmadan fəaliyyət göstərmənin nəzərdə tutulduğunu müəyyənləşdirmək üçün Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi barədə vəsatət qaldırıb. Vəsatət təmin olunmayıb.

F.Namazlı daha sonra çıxışında qanunvericiliyə dəyişikliyi nəzərə alaraq, X.İsmayılın CM-nin 192-ci maddəsi ilə təyin olunmuş cəzadan azad edilməsini istəyib.

Dövlət ittihamçısı apellyasiya şikayətinin təmin olunmamasını, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını təklif edib.

Qısa müşavirədən sonra Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası apellyasiya şikayətinin təmin olunmadığını elan edib.

F.Namazlı AzadlıqRadiosuna bildirib ki, apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

X.İsmayıl Ali Məhkəmənin qərarı ilə mayın 25-də 3 il 6 ay şərti cəza ilə həbsdən buraxılandan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinə 192-ci maddə ilə ona təyin edilmiş cəzadan və cinayət məsuliyyətindən azad olunması üçün ərizə ilə müraciət etmişdi. Lakin X.İsmayılın ərizəsi qismən təmin olundu. Məhkəmə belə nəticəyə gəldi ki, qanunsuz sahibkarlıq ittihamına xitam verilməməlidir, çünki dəyişikliklərdən sonra da söhbət təkcə vergi uçotuna qeydə alınmadan yox, ümumiyyətlə, dövlət orqanında qeydə alınmadan sahibkarlıq fəaliyyətindən gedir. Amma dəyişiklikdən sonra bu maddə üzrə külli miqdarın 100 min manatdan yuxarı məbləğə aid edildiyi nəzərə alınaraq, jurnalistə verilən ittiham da 192.2.2 maddədən 192.1-ci maddəyə tövsif olundu. Bu maddə ilə ona verilmiş 3 illik cəza isə 4 aya endirildi.

Jurnalistə CM-nin 213-cü (vergidən yayınma) maddəsi ilə də təyin olunmuş 2 il cəza nəzərə alınaraq, X.İsmayılın üzərində qəti olaraq 2 il 3 ay şərti cəza saxlanıldı.

Short URL: http://www.cumhuriyyet.net/?p=78169

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31