“Time” jurnalının üz qabığında Quran ayəsi
“Time” jurnalının üz qabığındakı başlıq görənləri xeyli təəccübləndirib.
Milli.az xəbər verir ki, ABŞ nəşri olan “Time” jurnalının Qurani-Kərimdən bir ayəni başlıq etməsi gündəmi zəbt edib.
Suriyada dağıntılar altında qalan uşaqları xilas etmək üçün həyatlarını riskə atan ağ kaskalı xilasedicilərin fədakarlığını “Time” Qurandan “Hər kim bir can qurtarsa, bütün insanlığı xilas etmiş sayılar” ifadəsilə önə çıxarıb. “Mükafat yox, sülh istəyirik”
Xəbərdə “Ağ kaskalılar 60 min can qurtardılar” deyilir. Nobel Sülh Mükafatına namizəd olan Ağ kaskalılar isə: “Mükafat deyil, sülh istəyirik”, – söyləyiblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=78232