Gürcüstan parlamentinə seçilmək istəyən azərbaycanlılar

08.10.2016 - 13:31

azer1475918506Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir.

Parlament seçkilərinə qatılan bir neçə azərbaycanlı barədə məlumatı təqdim edirik:
Azər Süleymanov Gürcüstan “Vahid Milli Hərəkat” Partiyasının üzvüdür. Namizədliyi Marneuli rayon 35-ci Seçki Dairəsindən majoritar qaydada irəli sürülüb.
Samirə İsmayılova “Gürcüstan Azәrbaycanlı Tәlәbәlәr Assosasiyası”nın sәdridir.. Gürcüstandakı xidmətlərinə görə Gürcüstanın sabiq  prezidenti Mixail Saakaşvili tәrәfindәn “Şәrәf” ordeni ilә tәltif olunub.

Qəzənfər Məmmədov Saqareco rayonundan majoritar qaydada deputatlığa namizədliyini irəli sürüb.

Ramiz Bəkirov da deputatlığa namizədliyini irəli sürən müstəqil namizdələr arasındadır.

Savalan Mirzəyevin namizədliyi  hakim “Gürcü Arzusu-Gürcüstan” siyasi birliyi tərəfindən parlamentə Qardabanı rayonundan irəli sürülüb. O, həm də baş nazirin köməkçisidir.
Xatırladaq ki, Gürcüstan parlamentinə keçirilən seçkilərdə 40-a yaxın azərbaycanlı deputatlığa namizədliyini verib.(Modern.az)

 

Short URL: http://www.cumhuriyyet.net/?p=78246

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31