Rusiya III Dünya müharibəsinə hazırlaşır?

10.10.2016 - 11:03

rtx1gw6yRusiyanın “İsgəndər-M”raket kompleksini Kalininqrad vilayətinə yerləşdirməsi Avropada ciddi etirazlara səbəb olub. Almaniya, Estoniya, Polşa, Litva Kremlin addımlarından narahatdır.

Rusiyanın Baltik zastavasına yerləşdirdiyi raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirmək, üstəlik, nüvə başlığı da daşımaq qabiliyyətinə malikdir.

Litvanın Xarici İşlər naziri Linas Linkeviçus Rusiyanın Kalininqradda silah yerləşdirməsinin regionda gərginliyi artırmaqdan əlavə, beynəlxalq razılaşmalara zidd olduğunu deyib. Nazir bu məsələni Rusiya-NATO sammitində qaldıracağını bildirib.

Polşanın Müdafiə naziri Antoni Makiereviç isə Rusiyanın son addımlarının olduqca narahatverici olduğunu qeyd edib. O, Polşa ordusunun ölkənin və müttəfiqlərin təhlükəsizliyini qorumağa hazır olduğunu bildirib.

“İnternəşnl Biznes Tayms” qəzeti isə III Dünya Savaşı ilə bağlı anons verib. Qəzet rus mətbuatının müharibə proqnozları verdiyini xatırladıb. Nəşrin iddiasına görə, Kreml Suriya lideri Bəşər Əsədi vurmağa çalışan ABŞ-a cavab verməyə cəhd etsə, III Dünya müharibəsi qaçılmaz olacaq.

Qeyd edək ki, İsgəndər-M raket kompleksinin Kalininqrada yerləşdirilməsi haqda məlumatı ötən həftə “Röyter”agentliyi ABŞ kəşfiyyat orqanlarına istinadən yaymışdı. Rusiyanın Müdafiə Nazirliyi bu əməliyyatın gizli saxlanmadığını, mütəmadi tədbirlərdən biri olduğunu bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=78361

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31