Atambayevin Putinin xəstəxanasına getməsinin sirri: Ərdoğandan ŞOK TƏLİMAT

10.10.2016 - 12:04

atambayevTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan prezidenti Almazbek Atambayevin Türkiyədə heç bir xəstəxanada müalicə edilməməsi barədə təlimat verib.

Bu iddia ilə qırğızıstanlı millət vəkili Omurbek Tekebayev çıxış edib.

Parlamentdə danışan millət vəkili ölkənin daxili və xarici siyasətini tənqid edib. O, ölkənin daxili və xarici siyasətinin tamamilə müflisləşdiyini dilə gətirib.

“Atambayev Türkiyədə olarkən Ərdoğan bu təlimatı verdi: Türkiyənin heç bir xəstəxanası Qırğızıstan prezidenti Atambayevi qəbul etməyəcək. Atambayev xərcləri özü ödəyərək bir dostunun otelində qaldı. Daha sonra Rusiya prezidenti Vladimir Putin onu ölkəsinə gətirdi. Bundan başqa, Qazaxıstan prezidenti Nursultan Nazarbayev də vasitəçilik edərək onun xəstəxanaya yatırılması üçün kömək təklif etdi”, – millət vəkili bildirib.

Qırğızıstanın “Bagıt.Kg” qəzetinə danışan Qırğızıstanın Türkiyədəki səfiri Mambetjunus Abılov isə Türkiyə-Qırğızıstan əlaqələrinin pisləşməsini FETÖ (Fəthullahçı Terror Təşkilatı) faktoru ilə əlaqələndirib: “Ərdoğan çox duyğusal insandır. O, bir dəfə arxanı çevirsən, bir daha üzünə baxmaz. FETÖ Qırğızıstanda güclüdür. Gülənçilər Qırğızıstanda dərin kök salıblar. Dünyada belə bir vəziyyətdə olan ikinci bir ölkə yoxdur”.

Xatırladaq ki, Almazbek Atambayev sentyabrın 19-u BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 71-ci sessiyasında iştirak etmək üçün gedərkən İstanbul Atatürk hava limanında səhhəti pisləşib. Onun Türkiyədə harada müalicə aldığı barədə məlumatlar isə gizli saxlanıldı. Sentyabrın 22-də Qırğızıstan prezidenti mütəxəssislərin tövsiyəsi və Rusiya tərəfinin dəvəti ilə Rusiyanın prezident aparatı yanında Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.Oktyabrın 1-də isə Qırğızıstan prezidenti xəstəxanadan buraxılıb.

Türkiyə iyulun 15-də edilən dövlət çevriliş cəhdindən sonra Qırğızıstandan FETÖ məktəblərinin başlanmasını tələb edib. Lakin, Qırğızıstan buna etiraz edərək Türkiyənin tələbini geri çevirib. Bu barədə məlumat verən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Qırğızıstanın xarici işlər nazirliyi “ultimatum və şantaj dili ilə edilən açıqlamaya” əməl etməyəcəklərini bildiriblər.

Qırğızıstanda Fəthullah Gülənin 20-dən çox məktəbi, kolleci və universiteti var. Bu təhsil ocaqlarında illik təhsil haqqı 3 min dollar civarındadır.(Publika.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=78381

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31