Hacı Əbdüldən referenduma DƏSTƏK

10.10.2016 - 12:39

img19625651476088055Bu ilin sentyabrın 26-da Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) keçirildi. Səsvermənin nəticələrinə görə, seçicilərin böyük əksəriyyəti gözlənilən dəyişiklikləri müsbət qiymətləndirib.

“Vətən Naminə” Birliyinin sədri, tanınmış din xadimi Hacı Əbdül Əbdülov Modern.az-a açıqlamasında referendum aktını şərh edib.

O deyib ki, bu referendum çox vacib idi və vaxtında keçirildi. Onun sözlərinə görə, ümumxalq səsverməsini mütləq mənada dəstəkləyir.

“Bu referendum aktında bəzi məsələlər qoyulub. Bunlar gələcəkdə Azərbaycanın iqtisadiyyatını, siyasətini daha da inkişaf etdirəcək. Ən mühüm məsələlərdən biri də vitse-prezidentlik institutunun yaradılmasıdır. Ölkəmizdə vitse-prezident elə biri olmalıdır ki, onu dünya tanımalıdır. Onun dünya miqyasında hörməti və fəaliyyəti olmalıdır. Onun beynəlxalq aləmdə baş verən proseslərə xüsusi münasibəti olmalıdır. Əlbəttə ki, belə şəxslər çoxdur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=78387

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31