Gürcüstanda deputat seçilən azərbaycanlıların sayı 3-ə çatdı – ADLAR

10.10.2016 - 12:43

elections_georgia1476085967Gürcüstanda deputat seçilən azərbaycanlıların sayı artıq 3-ə çatıb.

Bunu  seçkiləri müşahidə etmiş Azərbaycan Milli Məclisinin üzvü Hikmət Babaoğlu deyib.

O bildirib ki, 3-cü deputat seçilən azərbaycanlı Mahir Dərziyevdir:

“Artıq 3-cü azərbaycanlı seçilən deputat Mahir Dərziyevdir. O, “Gürcü azusu” partiyasından proporsional seçki siyahısı ilə qalib gəlib.

Mahir Dərziyev yeganə azərbacanlıdər ki, hakim “Gürcü arzusu” partiyasında proporsional seçki siyahısında mübarizə aparırdı. İlkin məlumatlara görə, o da artıq deputatlıq mandatı qazanıb”-deyə deputat Hikmət Babaoğlu əlavə edib.

Xatırladaq ki, dünən Gürcüstan parlamentinə keçirilən seçkilərdə 2 azərbaycanlı namizəd, Savalan Mirzəyev və Ruslan Hacıyev sekçilərdə deputatlıq mandatını əldə ediblər. Artıq Mahir Dərziyevin də mandat əldə etməsi ilə bu say 3-ə çatıb.

İlkin nəticələrə görə, seçkilərdə 3 erməni əsilli namizəd qalib gələrək, deputat mandatı əldə edib.

Onlar Henzel Mkoyan, Samvel Manukyan və Ruslan Pogasyandır. Hər üç namizəd “Gürcü arzusu” partiyasından namizədliklərini irəli sürüblər.

Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən “Gürcü Arzusu” 48,61%, Vahid Milli Hərəkat Partiyası 27,04% səs toplayıb.

Son nəticələrə görə “Vətənpərvərlər Alyansı” 4,99% səs toplayıb və 5%-lik baryeri aşa bilməyib. “Azad Demokratlar” 4,59%, Leyboristlər Partiyası 3,12%, Respublikaçılar Partiyası isə 1,55% səs toplayıb.(Modern.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=78392

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31