Başçı Prezident Adminstrasiyasına gedən şikayətçilərin qarşısını kəsdi: 7 nəfər saxlanıldı

10.10.2016 - 14:24

1433237704_01Xəbər verdiyimiz kimi, ötən həftə Binəqədi rayonunun Motodrom adlandırılan qəsəbəsinin sakinləri etiraz aksiyası keçiriblər. Oktyabrın 7-də 100-ə yaxın sakin Bakı-Sumqayıt yolunu bağlayıb. Aksiyaya səbəb onların mənzillərinə veriləcək kompensasiyanın azlığı idi.

Bu gün günorta saatlarında isə qəsəbə sakinləri yenidən etirazlarını bildirmək üçün Prezident Adminstrasiyasına yola düşüb. Aksiyada 30-a yaxın qadın iştirak edib. Lakin bundan xəbərdar olan icra başçısı onlara mane olub. “Avtovağzal”da marşruta minmək istəyən qadınları Binəqədi Rayon İcra Hakimiyyətin nümayəndələri və polis əməkdaşları saxlayıblar.

Saxlanılanlardan Elza Məmmədovanın həyat yoldaşı Vəli Zeynalov redaksiyamıza zəng edərək bildirib ki, Binəqədi Rayon İcra Hakimiyyətinin göstərişi yeddi nəfər qadını Binəqədi Rayonu 40-cı polis bölməsinə aparıblar: “ Bu gün qəsəbədən 30-a yaxın qadın şikayətlərini Prezident Adminstrasiyasına bildirmək üçün yola düşdülər. “Avtovağzal” da icra nümayəndələri, bələdiyyə və polis əməkdaşları qadınların qarşısını kəsib, getməyə imkan verməyiblər. Qadınlardan yeddi nəfəri saxlanıldı. Bir neçəsi isə qaça bilib. Qaçanlardan 10 nəfəri Prezident Aparatına gedib və şikayətlərini çatdıra biliblər. Hazırda onlar ölkənin birinci xanımı Mehriban Əliyevanın qəbulunu gözləyirlər”.

Xatırladaq ki, “Avtovağzal” ətrafında 63 evin söküntüsü nəzərdə tutulduğundan artıq kompensasiya işlərinə də başlanılıb. Qəsəbədə plana düşən evlərin qeydiyyatı aparılır. Sakinlər Binəqədi Rayon İcra Hakimiyyətinin Maliyyə Nazirliyinin ayırdığı kompensasiyanı mənimsədiyini iddia edirlər. Onlar mənzillərin kvadratmetrinin 1500 manatdan hesablanmasına baxmayaraq, icra hakimiyyətinin kompensasiyanı 500 manatdan verəcəyini söyləyirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=78408

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31