Putin İstanbula getdi
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri başlayıb.
APA-nın məlumatına görə, o, İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresinə qatılacaq. Yerli vaxtla saat 16:00-da Rusiya prezidentinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulub. Görüşdə enerji məsələsi, ikitərəfli əlaqələr və Suriya məsələsi müzakirə olunacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=78418