Putin Ermənistana gedir – Səbəb
Rusiya prezidenti Vladimir Putin oktyabrın 14-də Ermənistana səfər edəcək.
Rusiya prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasına qatılacaq. İclasda beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə, KTMT-nin cavabdeh olduğu ərazilərdəki vəziyyət, təşkilatın kollektiv təhlükəsizlik sisteminin perspektivləri müzakirə olunacaq.
Şuranın iclasında təşkilata sədrlik Ermənistandan Belarusa keçəcək.(APA)
Short URL: http://www.cumhuriyyet.net/?p=78589