Mətbuat referendumu obyektiv işıqlandırdı – Məzahir Pənahov

11.10.2016 - 16:35

m%c9%99zahir-p%c9%99nahov-2“Azərbaycan mətbuatı referendum prosesini obyektiv işıqlandırıb”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, hər hansı neqativ hal baş verməyib, hansısa xoşagəlməz olay qeydə alınmayıb.

MSK sədri xatırladıb ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi prezidentin sərəncamı əsasında keçirilib. O qeyd edib ki, 29 maddə üzrə dəyişiklik səsverməyə çıxarılıb: “Seçicilərin səsvermə günü seçki məntəqələrinə gələrək səsverməsi üçün bütün şərait yaradılmışdı. Seçki komissiyaları operativ şəkildə işlərini yerinə yetirdilər. Azərbaycan xalqı referendumla bağlı fəallığını nümayiş etdirirdi”.

M.Pənahov vurğulayıb ki, MSK aşağı seçki komissiyalarının maarifləndirilməsi istiqamətində işlər həyata keçirib.

MSK sədri bildirib ki, səsvermə beynəlxalq standartalara uyğun keçirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=78620

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31