Azərbaycanlı deputat Fransa prezidentinə sual verdi

11.10.2016 - 16:47

2016-10-11-16-11-03fransua_olland_004Fransa prezidenti Fransua Olland Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən payız sessiyasının bugünkü plenar iclasında çıxış edəndən sonra Assambleya üzvlərinin suallarını cavablandırıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın Avropada multikulturalizm ideyasının tənəzzülə uğradığı, bunun nəticəsində terrorizmin baş qaldırmasını əsas gətirərək, Avropada multikulturalizm ideyasının yenidən canladırılması üçün nələr edilə biləcəyinə dair sualına cavab verən F.Olland Fransanın dünyəvilik modelini misal çəkərək bütün dini təriqətlərin sülh içində birgə yaşamasının mümkün olduğunu bildirib.

“Siz bir cəmiyyətdə müxtəlif olan dini təriqətlərin sülh içində yaşaya bilməsini soruşdunuz. Fransada bizim dünyəvilik prinsipimiz var və bu dünyəvilik hamının sülh içində yaşaya bilməsinə, dini azadlıqların təmin edilməsinə və bütün təriqətlərin özlərini ifadə etməsinə imkan yaradır. Əlbəttə, hər bir vətəndaşımız öz dini azadlığından tam şəkildə istifadə edə bilməlidir. Ancaq, təbii ki, bu, ümumi yaşam tərzimizə, ictimai həyatımıza heç cür təsir göstərməməlidir. Yəni, dini adət və qaydalara nisbətən başda qanun durmalıdır.

Bir sözlə, biz bir yerdə yaşaya bilərik və bizim öz qaydalarımızdan çəkilmək fikrimiz yoxdur. Əsasən də, Fransa üçün bu dünyəvilik qaydası çox mühüm məsələdir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=78630

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31