İncirlikdəki ABŞ komandiri əmrləri İsadan alırmış
Türkiyənin İncirlik hərbi bazasında qulluq edən 100-ə yaxın ABŞ hərbçisi Hərbi Dini Azadlıq Vəqfinə şikayət edib.
Hərbçilərin narazılığına səbəb komandir Maykl Kerstenin tez-tez “Əmrləri İsa peyğəmdərdən alıram” ifadəsini işlətməsi olub.
Əhalinin böyük əksəriyyətinin müsəlman olduğu bir ölkədə bu sözlərin ciddi narahatlıq yaratdığını deyən hərbçilər M.Kerstenin cəzalandırılmasını tələb edib.
Qeyd edək ki, Kersten sonuncu dəfə bu sözləri sentyabrın 15-də bazada keçirilən toplantıda deyib:
“Bir xristian olaraq, örnək aldığım şəxs İsadır. Əmrləri ondan alıram və bu, bütün qərarlarıma təsir edir”.(Axar.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=78642