“NATO-nun əsəbi” Qarabağda – ilin sonunda yeni müharibəyə hazırlıq

11.10.2016 - 17:30

muharibe2Ermənistan Dağlıq Qarabağda təmas xəttini möhkəmləndirir, həmçinin, ərazidə C4ISR müdafiə sistemləri qurur.

Bu barədə ABŞ-ın “The National İnterest” nəşrində yayımlanan “Qarabağda yeni müharibəyə hazırlıq” adlı məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, yeni sistem rəqibin qəfil hücumunun qarşısını əhəmiyyətli dərəcədə almasına və qoşunların hazırlaşmasına imkan yaradacaq.

Bununla yanaşı, Ermənistan tərəfi yeni müharibənin bu ilin sonuna kimi ola biləcəyini ehtimal edir.

C4ISR sistemi texniki cəhətdən üç seqmentə bölünür:

– kəşfiyyatın müşahidə vasitələrinin seqmenti,

– vasitə və əlaqə sistemlərinin seqmenti,

– S2 (Command and Control – qoşunların idarə olunması prosesi və silahlanma) idarə sistemlərinin seqmenti.

C4ISR sistemi NATO əməliyyatlarında əlaqələndirici elementdir. Buna “NATO-nun əsəbi” də deyirlər. Bu sistemin hazırlanmasına Almaniya, Böyük Britaniya və Fransa liderlik edir. İtaliya, İspaniya, Hollandiya, Norveç, İsveç kimi ölkələr də bu sistemi istehsal edirlər.

Ermənistanın bu sistemləri haradan və necə aldığı, həmçinin, nə qədər olduğu məlum deyil.

Short URL: http://www.cumhuriyyet.net/?p=78650

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31