“Hüseyndən bu yana göz yaşı dayanmır” – Dövlət Baxçalı

11.10.2016 - 17:33

1476192197Türk millətinə kin bəsləyən, tarixi varlığından ürkən nə qədər zalım varsa, gah öz əlaltıları ilə, gah da birbaşa üzərimizə hücum etməkdədir.

Bunu Milliyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalı öz partiyasının qrup toplantısında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, hazırda Türkiyənin yıxılmağını gözləyənlər çox fəallaşıblar:

“Yox olmağımızı layihələndirənlər fəaliyyətlərini sürətləndiriblər. Türkiyənin yanıb kül olmasını hədəfləyənlər heç vaxt olmadıqları qədər qətiyyətlidirlər. Terrorizm Türkiyənin bir nömrəli məsələsidir. Bunu məhv etmədən Türkiyəyə hüzur yoxdur”.

Baxçalı çıxışı zamanı İmam Hüseyni də yad edib:

“Kərbəlada yaşananlar heç vaxt yaddaşlardan silinməyəcək. Kərbəlada peyğəmbərimizə və ailəsinə qılınc çəkənlər bu gün yaşadığımız xaosun memarlarıdır. Həzrət Hüseyn və əhli-beytin əziz böyüklərinin şəhid edildikləri gündən bəri islam aləmindən göz yaşı əskik olmayıb. Kərbəlada uduzan zalımlar olublar, bunun əksini iddia edənlər yeziddirlər. Məzhəbçiliyi aktivləşdirənlər Kərbəlanı siyasiləşdirən xainlərdir. İŞİD bu zəminin məhsuludur. Şiə də, sünni də müsəlmandır. Belə olan halda aramızda paylaşıla bilməyən nədir? Canlı bombalarla cana və mala qəsd etmək Allahın hansı buyruğunda yazılıb? Səlib yürüşləriylə məqsədlərinə çata bilməyənlər, dəyişik ssenarilərlə o zamanlar edə bilmədiklərini indi tətbiq etməyə çalışırlar. Körpələr öldürülür, bir mədəniyyətin işığı söndürülür. Bir zamanlar dünyaya yön verən islam indi girdiyi girdabdan çıxmaq üçün yollar axtarır. Yaxın Şərqdəki neft yataqlarının ətrafında dolaşan imperialist azğınlıq məqsədinə çatmaqdadır. Təəssüf ki, islam aləmi buna səssiz tamaşa edir. Yeni kərbəlaların olmaması hər bir müsəlmanın vəzifəsidir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=78652

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31