Uşakov gedir: Putinin köməkçisi kim olacaq?
Rusiya prezidenti Vladimir Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov istefaya göndərilə bilər.
Bu vəzifəyə artıq bir neçə məmurun namizədliyi nəzərdən keçirilir.
Onların arasında Rusiyanın Çindəki səfiri Andrey Denisov, prezidentin mətbuat katibi Dmitri Peskov və XİN-in bir neçə yüksək vəzifəli əməkdaşı var.
Qeyd edək ki, Yuri Uşakovun 2017-ci ilin martında 70 yaşı tamam olacaq. Onun Avropa ölkələrindən birinə səfir təyin ediləcəyi istisna olunmur.
Short URL: http://www.cumhuriyyet.net/?p=78695