Fuad Ələsgərov: “Azərbaycana saxta sənədlərlə daha çox miqrant daxil olmağa çalışır”

12.10.2016 - 11:06

45c8c453c8caebbddfb0772a1e6b9ae2“Yaxın Şərqdə yaşanan miqrasiya problemləri Azərbaycana da təsir edir. Azərbaycana saxta sənədlərlə getdikcə daha çox miqrant daxil olmağa çalışır”.

Bunu Azərbaycan Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrinin miqrasiya orqanlarının rəhbərləri Şurasının 19-cu iclasında çıxışı zamanı deyib.

“Bu gün miqrasiya sahəsində böhranın təsirinin ən bariz nümunəsi Suriyadan milyona yaxın qaçqının kütləvi şəkildə Avropaya gedişidir. Yüz minlərlə suriyalı qaçqın Avropa ölkələrində sığınacaq axtarmaq məcburiyyətində qalıb. Ancaq bu ölkələrdə onlara, o cümlədən qadınlara və uşaqlara qarşı sərt və qəddar siyasət nümayiş etdirilir”, – deyə F.Ələsgərov bildirib.

F.Ələsgərov qeyd edib ki, belə güclü miqrasiya axını Qərb ölkələrinin siyasətinin nəticəsində yaranıb.

Onun sözlərinə görə, hazırda Avropada miqrasiya məsələlərinin həll üzrə aktiv müzakirələr aparılsa da, xüsusi səmərəli həllər hələ də tapılmayıb.

“Bir çox hallarda qaçqınların hüquqları qorunmur. Avropa ölkələrində miqrasiya böhranı fonunda ksenofobiya, islamofobiya, milliyyətçilik xüsusiyyətləri artır və bəzi avropalı siyasətçilər populyarlıqlarını artırmaq üçün tez-tez bunların adlarını çəkir”, – deyə şöbə müdiri bildirib.

F.Ələsgərov Azərbaycanın bu sahədə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verməklə miqrasiya problemlərinin həllinə öz töhfəsini verdiyini əlavə edib.

“Ermənistanın etnik təmizləmə siyasəti və Azərbaycan torpaqlarının 20% faizini işğal etməsi nəticəsində Azərbaycan postsovet məkanında böyük miqrasiya axını ilə üzləşən ilk ölkə olub. Bir milyondan çox adam öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qalıb, respublikanın hər səkkiz nəfərindən biri qaçqın olub”, – deyə F.Ələsgərov vurğulayıb.(Report.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=78701

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31