Bakıya FETÖ siyahısı göndərilib? – Mübariz Qurbanlıdan açıqlama

12.10.2016 - 14:45

mubariz-qurbanli3Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyədən Azərbaycana Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvləri ilə bağlı müraciətlərin edilməsi barədə Türkiyə mətbuatında yayılan məlumatlara münasibət bildirib.

Komitə sədri bildirib ki, Türkiyə mətbuat orqanlarında yayılan məlumatlara diqqətlə yanaşmaq lazımdır: “Türkiyə çox geniş kütləvi informasiya vasitələrinə (KİV) malikdir. Türkiyənin yüzlərlə mətbuat orqanı var. Bizim üçün Türkiyədə rəsmi dövlət qurumlarının, rəsmi mətbuat orqanlarının və müraciətlərin yayılması əsasdır”.

M.Qurbanlı əlavə edib ki, Azərbaycanda FETÖ-nün uzantıları ola bilər: “Bununla bağlı araşdırmalar gedir. Müəyyən ədəbiyyatları və diskləri yayan şəxslər saxlanılıblar, hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar davam etdirilir. Amma bütövlükdə FETÖ-çülərlə bağlı bu və ya digər araşdırmalar lazımdırsa, bunu dəqiqləşdirib sonra fikir bildirmək olar.

Mən Türkiyədən dövlət səviyyəsində məlumatların Azərbaycana daxil olması ilə bağlı məlumatlara malik deyiləm. Bu barədə Türkiyə mətbuatında yayılan məlumatları o zaman dəqiq hesab edə bilərəm ki, məlumatı Türkiyənin rəsmi qurumları yaymış olsun”.

Short URL: http://www.cumhuriyyet.net/?p=78754

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31